Baş direktor Qəbələdə vətəndaş qəbulu keçirəcək

img

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Qəbələ rayonunda vətəndaş qəbulu keçiriləcək.

 

Birlikdən Rezonans.az-a verilən məlumata görə, 5 sentyabr saat 11:00-da Qəbələ şəhəri, Mədəniyyət Mərkəzində baş tutacaq görüş zamanı Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək.

 

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024- 22-4-02-62; 024-20-5-01-70) müraciət edə bilərlər.

Xəbəri paylaş: