Uşaqlara işgəncə verən şəxslərin kimliyi məlum oldu

img

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

DİN rəsmisi deyib ki, araşdırmalar davam etdirilir: "Əlavə məlumat veriləcək".

 

Qeyd edək ki, sosial şəbəkələrdə reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən "Mehnur" reabilitasiya mərkəzində baş verib.

Xəbəri paylaş: