Azərbaycanlı Türkiyədə idman zalında qətlə YETİRİLDİ

img

İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

 

Rezonans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Fatih rayonu Seyyid Ömər məhəlləsində baş verib.

 

Məlumata görə, Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərova naməlum səbəbdən 2 nəfər atəş açıb. Açılan atəş nəticəsində Ələkbərov həyatını itirib, şübhəlilər isə sürətlə hadisə yerindən qaçıblar. İşçilər dərhal polisə və sağlamlıq qruplarına vəziyyətlə bağlı məlumat veriblər.

 

Hadisə yerinə gələn polis araşdırmalara başlayıblar. 

Xəbəri paylaş: