
Şabran Rayon Polis Şöbəsinə sentyabrın 2-də Ağalıq kəndi ərazisindən rayon sakini sakini T.Nəsirova məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini E.Bağırov avtomobillə saxlanılılıb.
Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.