TKT imtahanlarına qeydiyyat davam edir

img

Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 29-da keçiriləcək TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat davam edir.

 

Bu barədə Rezonans.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT kvalifikasiyasının 1, 2, 3, YL (azyaşlı öyrənənlər) və CLIL (dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.

 

Qeydiyyat sentyabrın 15-dək aparılacaq.

 

Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) və “LinguaSkill” imtahanlarını təklif edir.

 

Kembric imtahanlarına qeydiyyatla bağlı ətraflı məlumat DİM-in saytında yerləşdirilib. Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Xəbəri paylaş: