Terrorçular yardım daşıyan 18 nəfəri öldürdü

img

"Əş-Şəbab" terror qruplaşmasının üzvləri Somalinin mərkəzi bölgəsində mülki şəxslərə hücum edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Somalinin "Sonna" adlı dövlət xəbər agentliyi məlumat yayıb.

 

Bildirilir ki, terrorçular yardım qidası daşıyan yük maşınlarını yandırıblar və maşınlarda olan insanların çoxunu öldürüblər. Hadisə nəticəsində 18 nəfər həlak olub.

 

Qeyd edək ki, terrorçular tez-tez Somalidə həm hərbi, həm də mülki hədəflərə qarşı silahlı hücumlar həyata keçirir.

Xəbəri paylaş: