NASA Ay missiyasını yenə təxirə saldı

img

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Artemis 1" adlı Ay missiyasını yenidən təxirə salıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.

 

“Üçüncü nasazlıqların aradan qaldırılması cəhdindən sonra maye hidrogen sızması yenidən baş verdi. Komandalar növbəti addımları müzakirə edirlər”, - NASA bildirib.

 

"Reuters" agentliyi qeyd edir ki, NASA komandaları buraxılış direktoruna planlaşdırılan buraxılışdan imtina etməyi tövsiyə edir.

 

“The New York Times” qəzetinin yazdığına görə, texniki nasazlıq avqustun 29-da Ay missiyasının başlanmasına mane olub . Mühəndislər problemi həll etməli idi, NASA missiyaya bu gün, sentyabrın 3-də başlamağı planlaşdırırdı.

Xəbəri paylaş: