Qızlarımız Avropada qız medal qazandılar

Qızlarımız Avropada qız medal qazandılar

Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (#EGMO) keçirilib. 

 

Rezonans.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. 

 

Qeyd edilib ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi  Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı bürünc medala, həmin liseyin IX sinif şagirdi Sevinc Mahmudova isə “Həvəsləndirici mükafat”a layiq görülüb. 

Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!

Xəbəri paylaş: