Yaponiyadan turistlərlə bağlı YENİ QƏRAR

img

Yaponiya Turizm Agentliyi gələn həftədən başlayaraq əcnəbi turistlərin ölkəyə gəlişinə icazə verilməsi ilə əlaqədar qaydalara yenidən baxacaq.

 

Rezonans.az xəbər verir ki, hökumət sentyabrın 7-dən başlayaraq bütün ölkələrdən olan turistlərin gəlişinə icazə verib.

 

Həmin tarixdən başlayaraq səyyahlar müstəqil şəkildə öz marşrutlarını müəyyənləşdirsələr də, turizm agentlikləri onları ölkədə olduqları müddətdə rabitə vasitələri ilə təchiz etməlidirlər.

 

Bununla yanaşı, hökumət turizm agentliklərindən kənar səfərlərini təşkil etmək istəyən turistlərə ölkəyə gəliş icazəsi verməyəcək.

 

Həmçinin səyahətin istiqaməti əvvəlcədən müəyyən olunacaq.

 

Lakin tezliklə turistlərə görməli yerlərə səfərlər üçün öz cədvəllərini və gün ərzində qidalanma saatını müəyyən etmək hüququ veriləcək.

Xəbəri paylaş: