Türkiyə 20 nəfərin öldüyü terroru qınadı

img

Türkiyə Somalinin Hiran bölgəsində törədilən terror aktını qətiyyətlə qınayır.

 

Rezonans.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Somalidə baş verən terror aktı ilə bağlı yazılı məlumat yayıb. Bildirilib ki, Ankara terror aktını qınayır:

 

"Həyatını itirənlərə başsağlığı, yaxınlarına, Somali hökumətinə və xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

 

Xatırladaq ki, sentyabrın 2-də Somalinin Hiran bölgəsində terror təşkilatı Əl-Şəbabın üzərinə götürdüyü hücumda 20 nəfər həlak olub.

Xəbəri paylaş: