Köməksiz qalan 9 nəfər xilas edildi

img

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov, Binəqədi, Nəsimi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub.

 

Bu barədə Rezonans.az-a FHN-dən məlumat verilib.

 

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 9 nəfərin liftdən çıxarılması təmin edilib.

Xəbəri paylaş: