Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Rezonans.az-a verilən məlumatda bildirilib.
Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib .
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.










