
Qarabağdakı separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan Xankəndidə hərbçilərlə təcili toplantı keçirib.
Rezonans.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma “ordu”nun yüksək rütbəli heyəti ilə “xidməti müşavirə” keçirən Arayik Arutyunyanın müdafiə sahəsində görülən işləri müzakirə etdiyi bildirilir.
Qarabağdakı separatçıların “müdafiə ordusu”nun komandanı Kamo Vardanyan qoşunların təmas xəttindəki əməliyyat vəziyyəti barədə məruzə ilə çıxış edib.
Arayik Arutyunyanən zabitlərə bir sıra tapşırıq və göstərişlər verdiyi bildirilir.