Sertifikasiya imtahanları ölkəmizdə ən maraqlı hadisəyə çevrilibdir. Müəllimlərin sertifikasiyası əslində normal bir işdir.
Sadəcə olaraq cəmiyyətdə birmənalı qarşılanmır, bu da normaldır. Yenilik həmişə müqavimətlə qarşılanır. Cəmiyyətimizdə bir imtahan xofu mövcuddur ki, bu xof belə imtahalardan sonra yavaş-yavaş aradan qalxacaq. Təhsil Nazirliyi tərəfindən imtahanlara düşən metdikaya aid sualların sayının 20-dən 10-a endirilməsi çox düzgün bir addım oldu.
Onu deyim ki, metodika suallarının imtahanlarda belə çox qabardılması elm sahəsində son vaxtlar çox sayda metodika alimlərinin peyda olmasıdır. Öz ixtisasından bir şey bilməyənlər hamısı metodika üzrə alim olublar. Mən Təhsi İnstitunda işlədiyim vaxtda ümutəhsildə kurikulumların tədbiqi ilə əlaqədar 5 il təlimçi işləmişəm və ölkəmizin müxtəlif bölgələrində yüzlərlə müəllim həkarlarıma bu yeniliyi öyrənməyə və tədbiq etməyə yardımçı omuçam.
Artıq kurikulumlar neçə illərdir tədbiq olunur, müəllimlər yeni metodların tədbiqi ilə məşğuldurlar, təzədən sertifikasiya imtahanlarına kurikulumun nə olduğuna aid suallar salırlar. Müəllimlər var ki, öz ixtisasından bütün suallara yüz faiz düzgün cavab yazırlar, amma bu əvvəli, axırı məlum olmayan metodika sualları onları çaş baş salır. Bunları yazmaqda məqsədim heç də sertfikasiya imtahanlarına kölgə salmaq deyil, əksinə bu imtahanların TN tərəfindən belə gözəl təşkil olunmasını dəstəkləməkdir.
Bu imtahanlarda yaxşı nəticə göstərmiş müəllimlərdən birini ictimaiyyətə təqdim etmək istəyirəm. Şabran rayonu, Məmməağa Nəzirov adına 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Babayeva Şəfa Adil qızı. Serifikasiya imtahanında riyaziyyatdan 25 sualdan -25, azərbaycan dilindən 25 sualdan -25, kurikulumdan isə 10 sualdan -3 suala düzgün cavab yazaraq 53 bal toplamışdır. Özü də qeyd edir ki, kurikulum sən məni bağışla ancaq 3 sualını cavablandıra bildim.
Biz də Şəfa müəlliməni bu setifikasiya imtahanında yüksək (50 +3) nəticə göstərməyi münasibəti ilə təbrik edirik və ona yeni uğurlar arzulayırıq. Yenə qeyd eləmək istəyirəm ki, Şəfa müəllimə kimi savadlı, bacarıqlı müəllimlər bizim cəmiyyətdə imtahan xofunu tədricən yox edəcəklər.
Müəllim peşəsi fədakarlıq tələb edir. Şəfa müəllimə də deyir ki, müəllim öz fədakarlığı, səbri və sədaqəti ilə şagirdlərinə bilikdən başqa, bir də ürəyinin və ruhunun zənginliyini ötürməlidir. Onu da qeyd edim ki, Şəfa müəllimə təkcə məktəbdəki dərsləri ilə kifayətlənmir, eyni zamanda dəsdən sonra Azərbaycanımızın bir çox bölgələrindən olan ibtidai sinif şagirdlərinə təmənnasız dərslər keçir.
Sultan Əsədov











