Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Bu barədə Rezonans.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəstəxananın Reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, qəzada xəsarət alanlar isə Lənkəran rayonunun Boladi kənd sakinləri - Səyyadov Səyyad Hacıbala oğlu (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızı (1959), Səyyadova Zəhra Rəhim qızı (1960), Axundova Lətifə Zaman qızıdır (1953).










