Rəsmi Kremldən Kadırovun istefa istəyinə REAKSİYA

img

Çeçenistan rəhbəri Ramzan Kadırovun vəzifəsini tərk etmək istəyi barədə bəyanatı Rusiyada geniş əks-səda doğurub.

Artıq rəsmi Kreml də olaya reaksiya verib.

Rezonans.az Ria Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuatda yazılanları gördüyünü bildirib. Amma əlavə edib ki, Ramzan Kadırovun istefa vermək haqda bəyanatı ilə şəxsən tanış deyil.

Xatırladaq ki, Ramzan Kadırov bir neçə gün öncə Rusiya mətbuatına açıqlamasında “hesab edirəm ki, Çeçenistan Respublikasında dəyişiklik etmək vaxtıdır", - deyə istefa vermək niyyətini açıqlamışdı.

Xəbəri paylaş: