Pakistanda sel fəlakətindən ölənlərin sayı artıb

img

Pakistanda musson yağışlarının səbəb olduğu sel fəlakətində vəziyyət getdikcə ağırlaşır.

 

Rezonans.az  xəbər verir ki, rəsmilər 12-si uşaq olmaqla daha 25 nəfərin həyatını itirdiyini bildirib.

 

Bununla da ümumi itkilərin sayı 1314 nəfərə yüksəlib. Bildirilib ki, ölənlərdən  450-si uşaqdır.

 

Qeyd edək ki, Pakistan hökuməti  leysan yağışlar nəticəsində ən azı 12 milyon dollar itki verdiyini bildirib.

Xəbəri paylaş: