YAP-ın 30-cu ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsi elan edilir

img

YAP-ın 30-cu ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsi elan edilib.


Rezonans.az-ın məlumatına görə müsabiqənin məqsədi Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin müasir çağırışlara və milli maraqlara əsaslanan siyasətinin, qalib xalqın Zəfər partiyası olan Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolunun araşdırılması və  təbliğ edilməsi, jurnalistlərin yaradıcı əməyinin qiymətləndirilməsi.


 Müsabiqənin mövzuları:


Heydər Əliyev ideyaları – yeni Azərbaycanın dövlətçilik irsi

Yeni Azərbaycan Partiyası – Müzəffər Liderlə yeni zəfərlərə doğru

Yeni Azərbaycan Partiyasının VII Qurultayı: yeni mərhələ, yeni hədəflər

Müsabiqədə iştirak


Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.


Müsabiqəyə təqdim olunan yazılara aid tələblər


1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzulara uyğun olmalıdır.


2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.


3. Müsabiqə iştirakçılarının yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.


Yazıların qəbulu qaydaları


1. Yazının dərc olunduğu mətbuat orqanı (çap varinatı) - 1 nüsxə


2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə


3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə


4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)


Tələb olunan sənədlər


Şəxsiyyət vəsiqəsinin sürəti

Jurnalist vəsiqəsinin sürəti

Şəxsi bank rekvizitləri (hesabın aktiv olması təsdiqlənməlidir)

Qiymətləndirmə meyarları:


- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;


- materialın oxucu üçün informasiyalılıq dərəcəsi;


- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;


- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;


- ictimai maraqların müdafiəsi.


Müsabiqədə iştirak:


Müsabiqədə iştirak etmək üçün sənədlər Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına (Bakı şəhəri, S.Senyuşkin küçəsi 26) təqdim edilməlidir.


Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması


I yer (bir) - 700 manat


II yer (iki) - 500 manat


III yer (üç) - 300 manat


Həvəsləndirici (on) - 200 manat


Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu 07 oktyabr 2022-ci il saat 18:00-dək davam edəcəkdir.


Əlaqə telefonları: 012 490 80 33 / 077 440 02 00


Elektron ünvan: [email protected].

Xəbəri paylaş: