İŞİD Kabildəki səfirliyə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

img

Əfqanıstanın paytaxtında Rusiya səfirliyi yaxınlığında törədilən hücuma görə məsuliyyəti “İslam dövləti” terror qruplaşması öz üzərinə götürüb.

Rezonans.az xəbər verir ki, bu barədə qrupun bəyanatında deyilir.

Terror aktı sentyabrın 5-də səhər saatlarında Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında baş verib. Naməlum şəxs partlayıcı qurğunu işə salıb. Nəticədə, ilkin məlumatlara görə, 15-20 nəfər xəsarət alıb. İki Rusiya diplomatik missiyasının əməkdaşı da daxil olmaqla, azı 10 nəfər həlak olub.

Hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının yaratdığı profil xidmətlər hadisə ilə bağlı araşdırmalara başlayıb . Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya səfirliyinin əməkdaşlarının ölümü ilə bağlı cinayət işinin açılmasına göstəriş verib .

Rusiyanın Kabildəki səfirliyinin mühafizəsi tədbirləri , o cümlədən “Taliban hakimiyyəti”nin əlavə qüvvələrinin və Əfqanıstanın əks-kəşfiyyatının cəlb edilməsi ilə gücləndirilib .

Xəbəri paylaş: