
Bu gün Böyük Britaniyanın yeni Baş naziri Liz Trass kraliça II Elizabetin qəbulunda olacaq.
Rezonans.az xəbər verir ki, onlar Şotlandiyanın Balmoral şəhərində görüşəcəklər.
Eyni zamanda keçmiş Baş nazir Boris Conson bu gün vida çıxışı edəcək. Daha sonra kraliça ilə görüşüb istefasının qəbul edilməsini xahiş edəcək. Kraliça yeni Baş nazirin səlahiyyətlərini qəbul edəcək.
Daha sonra Liz Trass Londona qayıdaraq, orada hökumət başçısı qismində xalqa müraciət ünvanlayacaq.