Bu rayonlarda qaz olmayacaq

img

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissənin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 7 sentyabr 2022-ci ildə təmir işlərinin görülməsi planlaşdırılır.

 

Bu barədə Rezonans.az-a "Azəriqaz" İB-də verilən məlumatda bildirilib.


Təmir işləri aparılan müddətdə saat 08:30-dan İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin  qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbəri paylaş: