
Sentyabrın 5-də saat 20 radələrində Hacıqabul şəhəri ərazisində Zaqatala rayon sakini M.Məhərrəmov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən 60-65 yaşlı kişini vurub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.
Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.