Ermənilər Qarabağda yeni yol çəkir

img

Qarabağda yeni Xankəndi-keçmiş Əsgəran yolunun tikintisinə başlanılıb.


Rezonans.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin Telegram kanalı məlumat yayıb.


"Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin məsuliyyət zonasından keçən Naxçıvanik-Xankəndi yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər", - məlumatda deyilir.


Yol keçmiş Əsgəran rayonunun Naxçıvanik kəndini və ona yaxın olan digər kəndləri birbaşa Xankəndiyə birləşdirəcək.

Xəbəri paylaş: