Bir neçə xəstəliyi olanlara əlillik necə təyin edilir?

img

Vətəndaşın bir neçə xəstəliyi varsa, hər bir xəstəliyin faizləri hesablanır və ən yüksək faiz dərəcəsi götürülərək əlillik təyin olunur. Xəstəliklər üzrə faizlər eyni olarsa, yekun faiz 10 faiz artırılır.

 

Rezonans.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib.

 

 

Agentlik sədri qeyd edib ki, bir xəstəlikdə faiz digərindən azdırsa, vətəndaşın xeyrinə olaraq yüksək faiz dərəcəsi götürülür”.

Xəbəri paylaş: