Ukraynada koronavirusun yeni dalğası başlayıb

Ukraynada koronavirusun yeni dalğası başlayıb

Ukraynada koronavirusa yoluxma halları artmağa başlayıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, avqustun 29-dan sentyabrın 4-dək Ukraynada 16 min 155 yoluxma halı aşkarlanıb, onlardan 2024-ü uşaq, 377-si tibb işçisidir. Koronavirusa yoluxanların 3868-i xəstəxanaya yerləşdirilib, 44 nəfəri virusun qurbanı olub.

 

Bundan əlavə, son bir həftə ərzində 50 min 55 nəfər peyvənd olunub. 

 

Ukraynada pandemiya dövründə ümumilikdə 5 milyon 72 min 533 nəfər koronavirusa tutulub, onlardan 4 milyon 935 min 472 nəfəri sağalıb, 108 min 885 xəstə isə həyatını itirib.

Xəbəri paylaş: