Ombudsmanın nümayəndəsi Miqrasiya üzrə VIII Beynəlxalq Yay Məktəbində ekspert qismində iştirak edib

img

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) və Praqa Prosesinin birgə əməkdaşlığı ilə Quba şəhərində keçirilən Miqrasiya üzrə VIII Beynəlxalq Yay Məktəbi öz işinə başlayıb.

 

Rezonans.az xəbər verir ki, bir həftə davam edəcək təlim proqramı Ombudsman Aparatının da tərəfdaş olduğu, Avropa İttifaqının maliyyə dəstəyi ilə MSİBM tərəfindən həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE -2)” layihəsi çərçivəsində keçirilir.

 

Azərbaycan və Ukrayna vətəndaşlarından ibarət 40-a yaxın tələbə və gənc mütəxəssisin iştirak etdiyi bu tədris proqramı Böyük Britaniya, Avstriya və Niderlandın qabaqcıl ali təhsil müəssisələrinin professorlarının miqrasiya idarəçiliyinə dair tədqiqatlarının təqdimatları və mühazirələri, habelə seminarlar və intensiv praktiki məşğələlərdən ibarətdir. 

 

Yay Məktəbinin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, MSİBM-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə portfolio meneceri Violeta Vaqner tədbirin əhəmiyyətindən danışıblar.

 

Plenar dialoqun mühazirəçilərindən biri olan Ombudsman Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova açılış mərasimində çıxış edərək, Azərbaycan Ombudsmanının miqrantların hüquqlarının təşviqi və müdafiəsi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə iştirakçılara məlumat verib.

Xəbəri paylaş: