Şəhid analarının müraciətləri yerdə qalmadı

Şəhid analarının müraciətləri yerdə qalmadı

44 günlük Vətən müharibəsinin şəhidi Şahin Qədirovun anası Sənəm Qədirovanın SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət çox keçmədən həllini tapıb.

 

"Azəriqaz" İB-dən Rezonans.az-a verilən məlumata görə, Tovuz rayonu, Abulbəyli kənd sakini Sənəm Qədirovanın fərdi yaşayış evi qazlaşdırılaraq sayğac quraşdırılıb.

 

Vətən yolunda canından keçən şəhid Elvin Mustafayevin də anasının müraciəti SOCAR “Azəriqaz” İB-nin diqqətindən kənarda qalmayıb. Şəhid anasının müraciəti əsasında fərdi yaşayış evi qazlaşdırılıb, həmçinin fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilib.


 

Xəbəri paylaş: