Kamran Əliyevdən yeni TƏYİNATLAR

img

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

 

Rezonans.az xəbər verir ki, əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub.

 

Quba rayon prokurorunun müavini Pərviz Nərimanov isə Qaradağ rayon prokurorunun müavini vəzifəsinə, Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Tural Haqverdiyev Nərimanov rayon prokurorunun müavini, Nərimanov rayon prokurorunun müavini vəzifəsindən azad edilən Elgiz Qənizadə isə Suraxanı rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən təyinatlarla bağlı məlumatı Rezonanz.az-a təsdiq ediblər.

Xəbəri paylaş: