Daha 492 nəfər koronavirusa yoluxdu - 6 nəfər ölüb

img

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 492 yeni yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rezonans.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 816 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 951 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 305 aktiv xəstə var. Bu günə qədər 9 831 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 487, bu günə qədər isə ümumilikdə 7 176 524 test icra olunub.

Xəbəri paylaş: