Ukrayna NATO-dan qış geyimi istəyir

img

Qış ərəfəsində Ukrayna NATO-dan 200 min əsgər üçün qış geyimləri və çadırlar istəyib.

 

Rezonans.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.

 

Nəşr bildirir ki, bu ilin iyul ayında Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO Baş katibi Yens Stoltenberqdən termal paltarlar və qış çəkmələri istəyib.

 

ABŞ, Kanada, İsveç və Finlandiya artıq tələb olunan məhsulun təxminən 50%-ni təmin etməyi öhdələrinə götürüblər.

Xəbəri paylaş: