Ərdoğan Serbiyaya səfər edib

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinə səfəri çərçivəsində Serbiyaya yola düşüb.

 

Rezonans.az xəbər verir ki, Türkiyə liderini Serbiya Prezidenti Aleksandar Vuçiç şəxsən özü qarşılayıb.

 

Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər müşayiət edib.

 

Bundan əvvəl Ərdoğan Bosniya və Herseqovinada olub.

Xəbəri paylaş: