Masallıda faciə - Ana və azyaşlı övladları yanaraq öldü

img

Masallıda üç nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

 

Rezonans.az xəbər verir ki, hadisə rayonun Hüseynhacılı kəndində baş verib.

 

Məlumata görə, yaşayış evində baş vermiş güclü yanğın zamanı Gülnaz Kəlbiyeva ilə birlikdə onun övladları  11 yaşlı Elbrus Kəlbizadə və 10 yaşlı Elviz Kəlbizadə həlak olublar.

 

Bundan əlavə, daha iki nəfər yanıq xəsarətləri alıb.

 

Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: