
Sentyabrın 6-da saat 1 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsində yolu keçən Qazax rayon sakini Z.Mustafayeva müəyyən edilməyən avtomobillə vurulub.
Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Honda” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.