Çaylarda sululuq artıb

img

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq artıb. 

 

Rezonans.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77 faiz, Kiçik Qafqaz çaylarında 70 faiz, Lənkəran-Astara bölgəsi çaylarında isə 200 faiz artım qeydə alınıb:

 

“Qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarda da sululuğun artımı müşahidə olunub. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39 faiz, Qanıx-Cəlayir məntəqəsində isə 21 faiz artıb”. 

 

A. Verdiyev qeyd edib ki, sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən  rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib.

Xəbəri paylaş: