
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2022-ci ilin may- iyul ayları üzrə 492 min manata yaxın müddətli əlavə ödənilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Rezonans.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2022-ci ilin may - iyul ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 448 min manata yaxın, qeyri-tibb işçilərinə isə 44 min manata yaxın müddətli əlavə ödənilib.