Müəllimlərin 78 faizi imtahandan uğurla keçib

img

Təhsilverənlərin sertifikatlaşdırılmasının ilk mərhələsində 78 faiz müəllim uğur qazanıb.

 

Rezonans.az xəbər verir k, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. 

 

Nazir bildirib ki, 98% müəllim prosesdə iştirak edib.

 

Qeyd edək ki, avqustun 30-dan etibarən ölkədə təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinə başlanılıb. Test imtahanları 30 avqust - 1 sentyabr tarixlərində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunub.

 

Test imtahanı mərhələsində namizədlərə 60 sual təqdim edilib. Hər bir düz cavab bir bal kimi qiymətləndirilir. Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunub.

 

Ümumilikdə imtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq. Onu da bildirək ki, 30 gün ərzində imtahandan narazı qalan müəllimlər apellyasiyaya müraciət edə bilərlər.

Xəbəri paylaş: