Putin təzyiq göstərsə də, Lukaşenko müharibə istəmir

img

Rusiya Ukraynanın şimalında ikinci cəbhənin açılması üçün Belarusa təzyiq göstərir. Buna baxmayaraq, Belarus Prezidenti Alekdandr Lukaşenko müharibəyə girməkdən yayınır.

 

Rezonans.az xəbər verir ki, bu barədə istefada olan ukraynalı general-leytenant İqor Romanenko bildirib.

 

Onun sözlərinə görə, belaruslular Ukraynadakı işğala qoşulmaq üçün xeyli sayda hərbçi hazırlasalar da, onlar əslində, hərbi əməliyyatların aktiv mərhələsinə daxil olmamaq üçün hər şeyi edirlər. 

Xəbəri paylaş: