Üç ölkə ruslara viza verilməməsi barədə razılığa gəldi

img

Litva, Latviya və Estoniya rusların və belarusluların öz sərhədləri vasitəsilə Avropa İttifaqına girişini məhdudlaşdırmaq barədə razılığa gəliblər. 

 

Rezonans.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib.

 

İstisnalar yalnız yük maşını sürücüləri, diplomatlar, ailə və humanitar səbəblərə görə gələn vətəndaşlara aiddir.

 

"Qərarlar milli hökumətlər tərəfindən milli prosedurlara uyğun olaraq qəbul ediləcək və qüvvəyə minəcək", - Rinkeviç qeyd edib.

Xəbəri paylaş: