Bakıda DƏHŞƏT: Qardaş qardaşı bıçaqladı

img

Bakıda 66 yaşlı kişi qəbiristanlıqda qətlə yetirilib.

 

Bu barədə Rezonans.az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, sentyabrın 7-si saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək Siyavuş İsmayılovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə istintaq davam edir.

Xəbəri paylaş: