Aidə İsmayılova: ”Hər qazanılan uğurun arxasında gərgin çalışmalar dayanır”

img

Mingəçevir təhsili həmişə öndə olub, bu gün də bu ənənəni qoruyub saxlayır. 2021-2022-ci tədris ilində region üzrə ən yüksək nəticəni də məhz Mingəçevir məktəbləri göstəriblər. Belə ki, ali məktəblərə qəbul zamanı 30 məzun  600-dən yuxarı bal toplayıb. Hər uğurun arxasında gərgin bir zəhmət dayanır. Bu da müəllim əməyi, valideyin məsuliyyəti və şagirdin öz üzərində çalışmasıdır desək, yanılmarıq. Bu uğurlarda Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin kifayət qədər payı var.

Rekord nəticələri ilə seçilən Mingəçevir Təbiət-Riyaziyyat və Hümanitar Təmayüllü Lisey hər il yüksək nəticələri ilə öndə olub.  2021-2022-ci tədris ili də lisey üçün uğurlu olub Liseyin məzunu Xəqani Zeynallı ali məktəblərə qəbul zamanı 693 bal toplayaraq şəhər üzrə rekord nəticə göstərib. Bu il liseyi bitirən 81 məzunun 65 nəfəri  tələbə adını alaraq ölkəmizin və başqa xarici dövlətlərin ali təhsil müəssisələrində oxumaq hüququ qazanıb. Bundan əlavə Liseyin iki məzunu Behputov Elnur (673 bal), Abdullazadə Kamil (628 bal) tam orta təhsili xüsusi nailiyyətlərlə başa vurduqlarına görə “QIZIL MEDAL”a layiq görülüblər. Qərara aldıq ki, bu qədər naliyyətləri olan bir təhsil ocağının əldə etdikləri uğurları, məzunların, şagirdlərin, valideyinlərin  və nəhayət pedoqoji kollektivin sevincinə şərik olub bu məqamı işıqlandıraq. Bu məqsədlə liseyin direktoru Aidə İsmayılova ilə görüşdük.

 

İlk olaraq direktor onu qeyd etdi ki, hər qazanılan uğurun arxasında yorulmadan çalışmaq var, verilən əmək var: ”Hər il ali məktəblərə qəbul zamanı  liseyimizin şagirdləri ən yüksək nəticələr əldə edirlər. Bu tədris ilində də liseyimiz   ənənəsinə sadiq qalıb və yenə də göstəricilərə görə birinci olub. Uzun illərin təcrübəsi göstərir ki, cəmiyyətin uğurlu gələcəyini təmin etmək üçün daha yaxşı təhsil siyasəti aparmaq tələb olunur. 2021-2022-ci dərs ilində ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən  liseyin 11 nəfər məzunun  500- 600 bal intervalında nəticələri  var. Həmçinin liseyin 6 məzunu 600-dən yuxarı bal toplayıb.  Onu da demək yerinə düşərdi ki, 2021-2022-ci dərs ilini müvəffəyyətlə bitirdiklərinə və dərs əlaçısı olduqlarına görə  aşağıda adları qeyd olunan IX sinif şagirdləri  fərqlənmə attestatına layiq görülüblər.

 

  1. Həsənov Fərid Vüqar oğlu
  2. Hüseynzadə Tünzalə Nəriman qızı
  3. Abbasova Günay Qalib qızı,
  4. Mehdizadə Gülnar İlqar qızı,
  5. Şərifova Leyla Elşən qızı,
  6. Verdiyev Əşrəf Mahir oğlu,
  7. Xidirov Ramal İlqar oğlu,

Zeynallı Hüseyn Üzeyir oğlu.

Eyni zamanda -2021-2022-ci dərs ilini müvəffəyyətlə bitirdiklərinə və dərs əlaçısı olduqlarına görə  aşağıda adları qeyd olunan XI sinif şagirdləri  fərqlənmə attestatına layiq görülmüşlər.

  1. Məmmədli Fateh Firudin oğlu,
  2. Zeynallı Xaqani Nizami oğlu
  3. Həsənova Röya Rahim qızı,
  4. Hüseynova Nəzrin Elxan qızı
  5. Məhərrəmov Səid Mehran oğlu
  6. İbrahimova Dursun Rufi qızı,
  7. Cabbarov Əli Ayaz oğlu,
  8. İmanova Günay Aydın qızı,
  9. Manaflı Elnur Cümşüd oğlu,
  10. Məmmədli Ziya Ayaz oğlu.

Uğurlarımızın qazanılmasında  pedaqoji  kollektivin böyük əməyi olmuşdur, onların hər birinə   təşəkkür edir, yeni tədris ilində  bu uğurlar davamlı olsun deyirik!

Qeyd edək ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey 1990-cı ildə “İstedadlı şagirdlər üçün ixtisaslaşdırılmış məktəb” kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə qazandığı ilk uğurlar nəzərə alınaraq ona lisey statusu verilmişdir. Hazırda lisey təbiət – riyaziyyat və humanitar elmlər təmayüllüdür.

Esmira Hidayətova, Mingəçevir

Xəbəri paylaş: