Ermənilər sülh haqda nə düşünür – SORĞU

img

“Azadlıq radiosu”nun erməni xidməti Ermənistan vətəndaşları arasında sorğu keçirib.

 

Rezonans.az xəbər verir ki, videosorğu zamanı ermənilərin Bakı və İrəvan arasında sülh sazişinin imzalanması haqda fikirləri öyrənilib.

 

Respondentlərin böyük əksəriyyəti Azərbaycanla sülh sazişinin bağlanmasının tərəfdarı olduğunu deyib. Onlar digər qonşu ölkələrlə olduğu kimi, Azərbaycan Respublikası ilə da normal qonşuluq şəraitində yaşaya biləcəklərini söyləyiblər.

 

Xüsusən yaşlı nəslin nümayəndələri sülhün vacib olduğunu bildiriblər. Lakin az sayda respondent separatçı mövqe ortaya qoyaraq, Qarabağın Ermənistanın tərkibində qalması şərtilə sülhə razı olduqlarını vurğulayıb.

 

Bir qrup Ermənistan vətəndaşı isə ümumiyyətlə sülhə qarşı olduğunu qeyd edib.

 

Xatırladaq ki, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Budəfəki görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, münaqişə dövründə itkin düşmüş vətəndaşların axtarışı, ərazilərin minalardan təmizlənməsi, eləcə də nəqliyyat kommunikasiya vasitələrinin açılması kimi məsələlər müzakirə edilib, nəticədə müvafiq razılaşmalar əldə olunub.

Xəbəri paylaş: