
Misirdə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.
Rezonans.az xəbər verir ki, virusun daşıyıcısı olan şəxs Avropa ölkələrindən birində müvəqqəti yaşayan misirlidir. O, dərhal xəstəxanaya yerləşdirilib.
Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, xəstənin həyatı üçün təhlükə yoxdur.
Qeyd olunub ki, ölkənin hava və dəniz limanlarında, habelə quru sərhədlərində təhlükəli virusla bağlı nəzarət və profilaktiki tədbirlər həyata keçirilir.