Azərbaycanlı həkim Türkiyədə faciəli şəkildə öldü

img

Azərbaycanlı həkim Türkiyədə  faciəli şəkildə ölüb.

 

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı onun həkim dostu, tanınmış infeksionist Vasif Əliyev ictimailəşdirib.

 

Uzman həkim Elnur Rufullayev sentyabrın 6-da işdən sonra yolu keçmək istəyərkən avtomobil vurub. Nəticədə o, dünyasını dəyişib.

 

"Daim xatirələrdə gülərüz, xoş anlarla yadda qalacaqsan. Allah rəhmət eləsin. Ailəsinə səbr versin", həkimqeyd edib.

 

Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.

Xəbəri paylaş: