Bakıda narkotik ƏMƏLİYYATI - 64 nəfər saxlanıldı

img

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

DİN Mətbuat Xidmətindən Rezonans.az-a verilən məlumata görə, keçirilən tədbirlərə paytaxtın rayonları üzrə 64 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Onlardan 48 nəfər cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb.

Xəbəri paylaş: