Blinken NATO-nun Baş katibi ilə görüşəcək

img

ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək.

 

Rezonans.az xəbər verir ki, bu barədə məlumat Alyansın rəsmi saytında yer alıb.

 

Bildirilib ki, görüş sentyabrın 9-da Belçikanın paytaxtı Brüsseldə - NATO-nun mənzil-qərargahında baş tutacaq.

 

Xatırladaq ki, hazırda amerikalı diplomat Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Xəbəri paylaş: