İnterpol Sarkisyanın kürəkəninin axtarışını dayandırdı

img

İnterpol Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın axtarışlarını dayandırıb. 

 

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

 

Qeyd edək ki, 2020-ci il martın 17-də cinayət işi çərçivəsində Mikael Minasyan vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz varlanma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumat vermə maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. 2020-ci il martın 23-də onun barəsində axtarış elan edilib, beynəlxalq axtarışa verilməsi üçün ittihamı ilə bağlı müvafiq sənədlər və əsaslar İnterpola təqdim olunub.

Xəbəri paylaş: