Fransa Rusiyanın altı agentini “persona non qrata” elan ETDİ

Fransa Rusiyanın altı agentini “persona non qrata” elan

Rusiyanın Parisdəki müvəqqəti işlər vəkili bazar ertəsi axşam saatlarında Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona altı rusiyalı diplomatın “persona non-qrata” elan edildiyi bildirilib.

Rezonans.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Olduqca uzun sürən araşdırma nəticəsində Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) aprelin 10-da, bazar günü Rusiya kəşfiyyat xidmətlərinin ərazimizdə həyata keçirdiyi gizli əməliyyatı aşkar edib”, - Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş kommünikedə deyilir.

"Fəaliyyətləri milli maraqlarımıza zidd olan, diplomatik pərdə altında fəaliyyət göstərən Rusiyanın altı agenti “persona non qrata” elan edilib", - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Xəbəri paylaş: