Sağalma sayı yoluxmanı keçdi - 5 nəfər ÖLDÜ

img

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Rezonans.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 816 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 115 nəfər müalicə olunaraq sağalıb, hazırda 3027 aktiv xəstə var. Bu günə qədər 9 843 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3772, bu günə qədər isə ümumilikdə 7 184 639 test icra olunub.

Xəbəri paylaş: