Xovayev sülh müqaviləsi üçün Bakıya GƏLDİ

img

Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya səfər edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

 

O qeyd edib ki, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gəlib.

 

Zaxarovanın sözlərinə görə, yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır.

Xəbəri paylaş: