ABŞ Ukraynaya bu silahları göndərəcək - SİYAHI

img

Xəbər verdiyimiz kimi, ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.

 

Rezonans.az xəbər verir ki, Pentaqonun mətbuat xidməti yeni paketə daxil olan silah-sursatın siyahısını açıqlayıb.

 

Yeni hərbi yardım paketinə aşağıdakılar daxildir:

 

HIMARS raket sistemləri üçün əlavə sursatlar

HARM radar əleyhinə raketlər

4 ədəd 105 millimetrlik artilleriya qurğusu 

36 min ədəd 105 millimetrlik artilleriya mərmisi

100 ədəd zirehli maşın

5 mindən çox tank əleyhinə sistem

Atıcı silahlar üçün 1,5 milyon patron

1000 ədəd 155 millimetrlik mərmi

Əlavə qumbaraatanlar və atıcı silahlar

Tibbi zirehli maşınlar

Gecəgörmə sistemləri.

 

Qeyd edək ki, yeni yardım paketinin ümumi dəyəri 675 milyon ABŞ dollarıdır.

Xəbəri paylaş: